Çin rabitə texnologiyası sınaqlarında istifadə edilmək üçün kosmosa peyk göndərib.

Çinin Sinxua agentliyinin məlumatına görə, peyk “Long March-3B” daşıyıcı raketi ilə Sıçuan əyalətindəki Siançang Peyk Atış Mərkəzindən buraxılıb.
Bildirilib ki, planlaşdırılmış orbit mövqeyinə yerləşdiyi bildirilən peyk “çox diapazonlu” və “yüksəksürətli” rabitə texnologiyalarını sınaqdan keçirmək və yoxlamaq üçün istifadə olunacaq.
Buraxılış "Uzun Yürüş" raketlərindən istifadə edilən 569-cu uğurlu faydalı yük missiyası olub.
Mənbə: CNN Türk
Tərcümə etdi: Səyyarə Mirzəyeva
