Bu gün fərdi və cəmiyyəti daha yaxşı anlamaq üçün müxtəlif elm sahələrinin birgə yanaşması vacibdir. Bu sahələr arasında ən mürəkkəb olanlardan ikisi psixologiya və sosiologiyadır. Bəs psixologiya və sosiologiya nəyi öyrənir?

Psixologiya nədir?
Psixologiya - insanın düşüncələrini, hisslərini və davranışlarını elmi üsullarla araşdıran bir elm sahəsidir. Psixoloqlar insanların necə düşündüyünü, nə hiss etdiyini və niyə müəyyən şəkildə davrandığını anlamağa çalışırlar. Bu sahənin klinik psixologiya, inkişaf psixologiyası və sosial psixologiya kimi müxtəlif istiqamətləri var.
Sosiologiya nədir?
Sosiologiya - cəmiyyətin necə qurulduğunu, insanlar arasında münasibətləri və cəmiyyətdə baş verən dəyişiklikləri öyrənən bir sosial elmdir. Sosioloqlar insanların birlikdə necə yaşadığını, cəmiyyətin necə təşkil olunduğunu və mədəni dəyərlərin necə formalaşdığını araşdırırlar. Təhsil, ailə, din və iqtisadiyyat kimi sahələr sosiologiyanın əsas tədqiqat mövzularındandır.
Psixologiya və sosiologiya arasındakı fərqlər
Psixologiya fərdə diqqət yetirdiyi halda, sosiologiya cəmiyyəti və fərdlər arasındakı qarşılıqlı əlaqələri prioritetləşdirir. Bununla belə, bu iki fənn bəzən bir-birini tamamlayan rol oynayır. Məsələn, sosial psixologiya həm fərdi, həm də ictimai dinamikanı anlamağa çalışaraq iki sahəni birləşdirir.
Nəticə olaraq, həm psixologiya, həm də sosiologiya insanları və onların davranışlarını fərqli baxış bucaqlarından öyrənən vacib elm sahələridir. Psixologiya insanın daxili dünyasını, sosiologiya isə insanların birlikdə yaratdığı cəmiyyətin quruluşunu və işleyişini araşdırır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
