Cəmiyyət arasında evliliklə bağlı məsələlər daim gündəmdə müzakirə və mübahisələrə səbəb olub. Evlilikdə qadınların yaşca kişilərdən böyük olması situasiyası əksər insanlar tərəfindən xoş qarşılanmır. Yaşlı nəsil nümayəndələrinə görə kişi qadından böyük olmalıdır. Müasir dövrdə belə hadisələr, əsasən, gənclərin evlilik həyatında daha çox rastlanır. Gənc kişilər özlərindən yaşca böyük xanımları daha üstün tutur və onlarla ailə həyatı qurmağa can atır. Bu məsələ sosial əhatə arasında həm psixoloji, həm də digər çətinliklərdən narazılıqlara səbəb olur.
Mövzu ilə bağlı psixoloq Sevinc Həbibova 24Media.az saytına açıqlamasında bildirib ki, artıq kişilər elə bil mücadilə etmək həvəsində deyillər:
“Əvvəllər adət-ənənə var idi və biz onları həmişə qoruyub saxlayırdıq. Deyirdik ki, yox, kişi nə qədər özündən, xanımdan bir az böyük olarsa, bir o qədər yaxşıdır. İkinci Sammit Assambleyasının açılışı olanda İlham Əliyev, doğrudan da, çox gözəl çıxış etdi və o da bildirdi ki, qadın əhəmiyyətli rol oynayacaq. Bilirsiniz, kişi hər şeyi bilər, amma xanım yaşca özündən böyük olarsa, bu da bir az təsir edir. Bəzən yaşca özündən böyük xanımlar artıq həyatında nə istədiyini görürlər, onlar artıq özlərini, öz fikirlərini daha aydın çatdırırlar. Bu hər kəsə, hər bir insana şamil deyil. Amma artıq kişilər elə bil mübarizə aparmaq istəmir. Çünki gənc qız sevilmək və diqqət istəyir. Amma bir az özündən yaşca böyük xanım isə artıq vaxtında özü-özünə nəvazişi verib. Artıq kişilərimiz istəyirlər ki, özlərinə diqqət və qayğı olunsun.
Tarix boyu olan evliliklərdə də belə halları görmək mümkündür. Məsələn, Peyğəmbərimizin yoldaşı Xədicə də ondan 18 yaş böyük olub və çox da gözəl yola gediblər".
Nərgiz Orucova