Bu gün:

Psixopatiya və beyin


Psixopatiya emosional reaksiyaların zəifliyi, empatiya çatışmazlığı və davranışların zəif idarə olunması ilə xarakterizə olunan neyropsixiyatrik bir pozuntudur. Bu vəziyyət adətən davamlı antisosial davranış və cinayət meylləri ilə nəticələnir. Toplanan tədqiqatlar göstərir ki, psixopatiya güclü genetik təsirlərlə müşayiət olunan inkişaf trayektoriyasına malikdir və bu, xüsusilə beynin paralimbik bölgələrində funksional neyron şəbəkələrə mənfi təsir göstərir.

Ənənəvi müalicə üsulları, xüsusilə həbsxanalarda və məhkəmə psixiatriyası müəssisələrində tətbiq olunan müdaxilələr ,bu nəticələrin qarşısını almaqda çox vaxt təsirsiz olub. Lakin psixopatiyanın sağlam inkişaf üçün yaratdığı spesifik neyropsixoloji maneələri nəzərə alan və bu simptomları yeni-yeni özünü göstərən gənc fərdləri hədəf alan alternativ strategiyalar daha ümidverici sayılır.

Psixopatik xüsusiyyətlər adətən erkən yaşlardan özünü göstərir — hissiz-emosionalsız davranışlar, qaydalara qarşı çıxmaq və sosial normalara uyğunlaşmamaq kimi. Bu xüsusiyyətlər yaş artdıqca daha dərin kök salır və yetkinlikdə dəyişməsi çətinləşir. Yetkin psixopatlara yönəlmiş ənənəvi müalicə üsulları çox vaxt təsirsiz olub. Tədqiqatlar göstərir ki, erkən yaşlarda psixopatik əlamətləri aşkar edib müdaxilə etmək, daha təsirli nəticələr verə bilər.

1. Pozitiv davranışın gücləndirilməsi

Bu metod uşaqlara və gənclərə müsbət davranışları və sosial bacarıqları təşviq etmək üçün mükafatlandırma sistemindən istifadə edir. Həmin şəxslər sosial normlara uyğun davranışları öyrəndikcə müsbət davranışları möhkəmləndirilir və bu onların gələcəkdə adaptiv davranışlara sahib olmalarına səbəb olur.

2. Emosional təsəvvür və empatiyi inkişaf etdirən müdaxilələr

Psixopatların ən çox çatışan xüsusiyyətlərindən biri empatiyanın olmamasıdır. Bu üsul gənclərə başqalarının hisslərini və ehtiyaclarını anlamağı öyrətməyi hədəfləyir. Bu cür təlimlər onlara sosial münasibətlərdə daha yaxşı uyğunlaşmağa kömək edə bilər.

3. Sosial bacarıqların təlimi

Psixopatlar bəzən sosial normalara uyğun davranmaqda çətinlik çəkirlər. Bu üsul onlara sosial vəziyyətləri düzgün qiymətləndirməyi, münasibətlər qurmağı və başqaları ilə ünsiyyət qurmağı öyrədir.

Bu yanaşmalar psixopatiyanın inkişafının qarşısını almaqla yanaşı, həmin fərdlərin cəmiyyətə inteqrasiyasını da asanlaşdıra bilər. Belə müdaxilələr yalnız bir problemin müalicəsi deyil, insanları daha sağlam və məsuliyyətli sosial fərdlərə çevirməyi hədəfləyir. Gələcəkdə bu növ müalicə üsullarının tətbiqi sayəsində, cəmiyyətin psixopatiya ilə bağlı təhrif edilmiş anlayışları dəyişə bilər və daha çox müsbət nəticələr əldə edilə bilər.

Mənbə: National Institutes of Health

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et