Bu gün:

Rusiya - ABŞ ekipajı kosmosa çıxıb


NASA astronavtı Conni Kim və iki rusiyalı ekipaj yoldaşı çərşənbə axşamı Rusiya kosmik gəmisinin göyərtəsində Beynəlxalq Kosmik Stansiyaya çıxıblar.

Üçlüyü daşıyan Soyuz MS-27-ni orbitə çıxarmaq üçün Qazaxıstanda Rusiyanın icarəyə götürdüyü Baykonur buraxılış qurğusundan istifadə edilib. Onlar cəmi üç saatdan sonra stansiyada dayanıblar.

Kim, rusiyalı Sergey Rıjikov və Aleksey Zubritskinin kosmosda təxminən səkkiz ay qalması planlaşdırılır.

NASA bildirib ki, Kim ekipajı gələcək kosmik missiyalara hazırlamaq və Yerdəki insanlara fayda təmin etmək üçün elmi araşdırmalar və texnologiya nümayişi keçirəcək. Los-Ancelesdən olan Kim ABŞ Hərbi Dəniz Qüvvələrinin leytenant komandiri, ikili təyinatlı dəniz aviatoru və uçuş cərrahıdır.

Kim, Rıjikov və Zubritski NASA astronavtları Don Pettit, Enn Makkleyn və Nikol Ayers, Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyinin astronavtı Takuya Onişi və rus kosmonavtları Aleksey Ovçinin, İvan Vaqner və Kirill Peskovla birlikdə kosmos postunda iştirak edirlər.

Mənbə: ABC news

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et