Bu gün:

Dron ilə çatdırılma necə olur?


Texnologiyanın sürətli inkişafı logistika sahəsinə də təsir edib. Xüsusilə istifadəsi asan olan dronlar bu sahəyə inteqrasiya olunmağa başlayıb.

Dronlar, yükdaşıma sahəsində ənənəvi üsulları dəyişən müasir nəqliyyat texnologiyasının vacib bir hissəsidir. Mütəxəssislər onları gələcəyin çatdırılma üsulu kimi görür. Hazırda istifadəsi məhdud olsa da, gələcəkdə gündəlik həyatımızın bir parçası ola bilər.


Dron ilə təmassız çatdırılma

Covid-19 dövründə dronlarla təmassız çatdırılma ön plana çıxdı. Uzun karantin rejimindən sonra insanlar təmassız alış-verişə üstünlük verməyə başladılar. Onlayn alış-veriş mümkün olsa da, çatdırılma zamanı kuryerlə təmas zəruri idi. Pilotsuz çatdırılma texnologiyası isə bu problemi həll etməyə başladı.


Bu müasir logistika üsulu sayəsində alıcılar sifariş etdikləri məhsulları heç kimlə təmasda olmadan birbaşa dron vasitəsilə əldə edə bilirlər. Bu həm çatdırılmanı sürətləndirir, həm də Covid-19 kimi yoluxucu xəstəliklərə qarşı əlavə qoruma təmin edir.


Dünya hələ də dronla çatdırılma texnologiyasının ilk mərhələsindədir. Gələcəkdə bu üsulun əsas logistika vasitələrindən birinə çevriləcəyi gözlənsə də, hazırda həm şirkətlər, həm də alıcılar üçün bahalı bir texnologiyadır.


Dron ilə necə çatdırılma olar?

Pilotsuz təyyarələrlə çatdırılma layihələrinin sürətləndirilməsi və Amazonun bu sahəyə yatırım etməsi bir çox insanlar tərəfindən müsbət qarşılanıb. Lakin klassik yük daşımalarına nisbətən qeyri-adi olan bu sistem, insanların necə işləyəcəyi barədə maraq doğurub.


Dron çatdırılması hava nəqliyyatından istifadəyə yönəlmiş bir tətbiqdir. Uçuş prinsipinə əsaslanan tətbiqi var.


Dron ilə çatdırılmanın məhdud istifadə sahəsi və digər nəqliyyat vasitələrinə nisbətən daha çox enerji sərf etməsi bu sistemin yüksək xərclə seçilməsinə səbəb olur. Lakin uzunmüddətli dövrdə genişlənərək xərclərin daha əlverişli səviyyələrə endirilməsi planlaşdırılır.


Özəl sektorda dron ilə çatdırılma sahəsində rəqabət artdıqca, müxtəlif büdcələrə uyğun çatdırılma üsulları mövcud olacaq.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et