İngiltərədə keçirilən "Super One Karting Series" yarışlarında yarışmağa başlayan Zayn Sofuoğlu final yarışlarında 3-cü və 2-ci olub.

Türkiyə Avtomobil İdmanları Federasiyasının (TOSFED) açıqlamasına görə, 2024-cü il TOSFED Karting Mikro Kubokunun qalibi olan Zayn Avropadakı ilk təcrübəsində podiuma çıxmağı bacarıb.
Aprelin 11-də 6 yaşı tamam olacaq Zayn ilk oyunun hər iki mərhələsində 2-ci olub. Zayn final yarışında isə 3-cü olub. Borusan Otomotiv Motor Sports komandasının sürücüsü Zayn ikinci matçda seçmə mərhələlərdə ən sürətli dövrə vurub və yarışlarda iki dəfə birinci olub.
Zayn final yarışının son döngəsində etdiyi hücumla finiş xəttini ikinci yerdə keçərək ikiqat podiumla yarışı tamamlayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
