Bu gün:

Çinin Trampın əlavə tariflər təhdidinə qarşı mövqeyi


"ABŞ tariflərdə və ticarət müharibəsində israr edərsə, Çin bütün yolu gedəcək", - Çin Xarici İşlər Nazirliyi bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirilən adi mətbuat konfransında Çinin Trampın əlavə tariflər təhdidinə qarşı mövqeyi ilə bağlı sualı cavablandırıb.


ABŞ-nin ixtiyari tariflər tətbiq etməklə digər ölkələrin qanuni hüquq və maraqlarını, Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu, qlobal iqtisadi nizam və sabitliyə zərər verdiyini ifadə edən sözçüsü Lin: "ABŞ-nin tarifləri birtərəflilik, proteksionizm və iqtisadi zorakılığın tipik nümunəsidir. Çin öz qanuni hüquqlarını və maraqlarını qorumaq üçün qətiyyətlə lazımi tədbirləri görəcək" ,- deyib.

Lin ticarət və tarif müharibələrində qaliblərin olmayacağını və proteksionizmin çıxış yolu olmadığını bildirib.

Çin xalqının problem yaratmaq istəmədiyini və bundan qorxmadığını, təzyiq, təhdid və şantajın Çinlə razılaşmanın doğru yolu olmadığını vurğulayan Lin: "ABŞ tariflər və ticarət müharibəsində israr edərsə, Çin bütün yolu gedəcək",-deyib.

Çinin Ticarət Nazirliyi də bu gün verdiyi açıqlamada Trampın əlavə 50 faizlik tarif təhdidinə cavab olaraq "qətiyyətli əks tədbirlərin görüləcəyini" və Çinin tarifləri daha da artırmaq üçün atılan hər hansı addıma müqavimət göstərəcəyini bildirib.

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et