Bu gün:

Yaponiya insanları daşıya bilən robot iti təqdim edib


Yaponiyanın texnologiya nəhəngi "Kawasaki" insan daşıya bilən "Corleo" adlı robot iti təqdim edib.

Yaponiya texnologiya nəhəngi "Kawasaki" inkişaf mərhələsində olan və 2050-ci ildə satışa çıxarılacağı gözlənilən insan daşıyan "Corleo" adlı robot iti təqdim edib.


Bazar günü başlayacaq Osaka Expo 2025 sərgisində təfərrüatlı şəkildə təqdim edilməsi gözlənilən robot itin prototip görüntüləri şirkət tərəfindən ictimaiyyətlə paylaşılıb.


İnsanabənzər robotlardan fərqli olaraq çətin relyef şəraitində belə hərəkət edə bilmək üçün hazırlanan Corleo-nun özbaşına hərəkət edən dörd robot ayağından ibarət olduğu və möhkəm tutunma təmin edən rezin dırnaqlarla təchiz edildiyi bildirilib.


Balanslı qalmaq üçün süni intellekt texnologiyasından istifadə edən və üzərində insanı daşıya bilən robot itin insanın ağırlıq mərkəzini təyin edərək asan bir sürücülük təcrübəsi təmin edəcəyi açıqlanıb.


Mənbə: Nefes.com 


Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et