Bu gün:

Süni intellekt sevgili dələduzluğu


Süni intellekt texnologiyasının inkişafı ilə fırıldaqçılıq üsulları da inkişaf edir. Son olaraq Çində baş verən bir hadisə, süni intellekt dəstəyi ilə edilən flört dələduzluqlarının nə qədər irəli gedə biləcəyini göstərib. Çinli kişi “süni intellektli sevgilisinə” güvənərək fırıldaqçılara 1 milyon-dan çox pul itirib.


Süni intellektlə qurulmuş "Mükəmməl aşiq" tələsi


Şanxayda yaşayan Liu adlı şəxs internetdə tanış olduğu "Miss Jiao" adlı qadınla münasibətdə olduğunu zənn edib. Şəkillər və videolarla dəstəklənən bu əlaqə əslində tamamilə süni zəkanın yaratdığı bir tələ olub.


Fırıldaqçılar süni intellektdən istifadə edərək xanım Jiaonun şəkillərini və söhbətlərini yaradıblar. Onlar hətta Liuyu inandırıblar ki, qadının tibbi xərclərini ödəmək və biznes qurmağa kömək etmək üçün maddi dəstəyə ehtiyacı var.


Nəticədə, 200 min yuan (təxminən 1 milyon) dolandırılıb!


Saxta sənədlər və süni intellektə əsaslanan inandırma üsulları.


Polis araşdırmasına görə, Liuya aşağıdakılar göndərilib:


  1. Realistik AI videoları
  2. Təkbətək dialoq qura bilən söhbət sistemləri
  3. AI tərəfindən yaradılan tibbi hesabatlar və fakturalar


Liu sevgilisi ilə üz-üzə görüşməsə də, onun real olduğuna inanaraq fırıldaqçıların tələsinə düşüb.


AI fırıldaqları qlobal təhlükəyə çevrilir!


Bu tip fırıldaqlar təkcə Çində deyil, bütün dünyada sürətlə yayılır.


2024-cü ilin yanvar ayında bir fransız qadın Hollivud ulduzu Bred Pitt olduğuna inandığı fırıldaqçıya təxminən 30 milyon göndərib.


2023-cü ildə İngiltərədə 60 yaşlı qadın “Tinder”də ABŞ polkovniki olduğunu iddia edən süni intellektlə işləyən fırıldaqçıya təxminən 900.000 pul göndərib.


Keçən il “ABŞ”də bir qadın fırıldaqçıların qızının səsini təqlid etmək üçün süni intellektdən istifadə edərək ondan 1 milyon dollar qoparmağa çalışdıqlarını bildirib.


Özümüzü necə qoruya bilərik?


Görüşmədiyiniz biri sizdən pul istəsə, diqqətli olun! Şəkillər və ya səslər süni intellekt tərəfindən yaradıla bilər!


Sosial media və tanışlıq proqramlarında diqqətli olun!


Texnologiyanın təqdim etdiyi üstünlüklərdən sui-istifadə edən fırıldaqçılar süni intellektdən ən yeni silah kimi istifadə edirlər. Buna görə də, emosional manipulyasiya fırıldaqlarından xəbərdar olmaq həmişəkindən daha vacibdir!


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et