Bu gün:

İnsanlar süni intellekti ayırd edə bilmirlər


Aparılan araşdırma süni intellektin insanları aldatma sürətinin artdığını ortaya çıxarıb.

ABŞ-ın Kaliforniya Universitetinin alimləri diqqətəlayiq araşdırmanın nəticələrini ictimaiyyətlə bölüşüblər.

"İnsanlar GPT-4.5 və LLaMa ( Meta AI tərəfindən hazırlanmış çoxdilli model) ilə real insanlar arasında fərq ayıra bilmirlər " San Dieqo universitetinin Dil və Hesablama Laboratoriyasının alimi Kemeron Cons bildirib. 

Geniş araşdırma aparan mütəxəssislər süni intellektin özünü təkmilləşdirdiyini və insanlar üçün onu ayırd etmənin getdikcə çətinləşdiyini açıqladılar.

Bəzi süni intellekt modellərinin Turing Testindən keçdiyini bildirən alimlər GPT-4o, LLaMa-3, GPT-4.5 və Eliza proqramlarını sınaqdan keçiriblər. Tədqiqat universitetdə təhsil alan 126 tələbə və internet vasitəsilə tapılan 158 iştirakçı ilə aparılıb.

Bu insanlardan onlara təyin olunmuş süni intellekt və insanlarla görüşmələri istənilib. İştirakçılardan müsahibə götürdükləri insanlardan hansının süni intellekt, hansının real olduğunu söyləmələri istənildikdə, təəccüblü bir fərq ortaya çıxdı.

Mütəxəssislər süni intellekt modellərinə insanları aldatmaq tapşırığını da verərkən, araşdırmalar nəticəsində iştirakçıların 73 faizi GPT-4.5-i insan kimi müəyyən edib. LLaMa-31-in insan olduğunu düşünənlərin nisbəti yüzdə 56 olaraq təyin olundu.

ELIZA və GPT-4o müvafiq olaraq 23 faiz və 21 faizlə testdən kənarlaşdırılıb.

Mənbə: Nefes gazetesi

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et