Bu gün:

Google-un əsl mənası 27 ildən sonra ortaya çıxdı


İllərdir internet istifadəçiləri üçün vazkeçilməz olan Google adının arxasındakı əsl məna nəhayət 27 ildən sonra reallaşmağa başlayır. 1998-ci ildə qurulan və milyardlarla insanın istifadə etdiyi nəhəng axtarış sisteminin adının mənası illər sonra aydın oldu.


Google, 1995-ci ildə təsisçilər Larri Peyc və Sergey Brin Stenford Universitetində tanış olduqda ortaya çıxıb. Onlar əvvəlcə yataqxana otaqlarında internetdəki səhifələrin əhəmiyyətini bağlantılar vasitəsilə müəyyən edən axtarış sistemini inkişaf etdirməyə başladılar. Layihəyə verdikləri ilk ad “Backrub” olub. Daha sonra adı dəyişdirmək qərarına gəldilər.


Bir dost axtarış sistemi üçün “Googol” adını təklif etdi. Lakin bu söz səhvən “Google” yazıldı və belə işlənməyə davam etdi.


“Googol” 1 rəqəmindən sonra 100 sıfırdan ibarət böyük rəqəmə aiddir. Bu ad, Peyc və Brinin “bütün dünya məlumatlarını təşkil etmək və onu hamı üçün əlçatan və istifadə edilə bilən etmək” missiyasını əks etdirmək üçün seçilmişdir.


Quqol termini ilk dəfə 1920-ci ildə 9 yaşlı Milton Sirotta tərəfindən işlədilib. Sirottanın bu termini əmisi, amerikalı riyaziyyatçı Edvard Kasnerin kitablarında tez-tez işlətdiyi məlumdur. Ehtimal olunur ki, ilham o dövrün komiks personajı Barney Google ola bilər.


1998-ci ildə cəmi 300.000 dollar sərmayə ilə qurulan şirkətin hazırkı dəyəri 1,8 trilyon dolları ötür. Gündə 3,5 milyard axtarış və ildə 1,2 trilyon axtarışla Google internet dünyasının ən böyük nəhənglərindən biri olmağa davam edir.


Mənbə: Sözcü

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et