Bu gün:

Uşaqlar hansı növ diş məcunundan istifadə etməlidirlər?


Sağlam dişlərin təməli uşaqlıqda qoyulur. Ağız və diş baxımı dişlərin ilk dəfə çıxdığı andan başlayır. Bu məqamda hansı növ diş pastasına üstünlük verildiyi önəmlidir.

Sağlamlıq ağızdan başlayır. Körpələrdə ilk dişlər, adətən, 6-7 aylıq yaşda çıxmağa başlayır. Süd dişləri daimi olmadığı üçün onlara kifayət qədər diqqət yetirilmir. Bununla belə, süd dişləri daimi dişlərin sağlam və düzgün inkişafında böyük rol oynayır. Bu səbəbdən, ömür boyu ağız boşluğuna qulluq süd dişlərinin çıxması ilə başlamalıdır.


Uşaqlara ağız və diş baxımının başlaması ilə ailələrin beynində bir sıra suallar yaranır. Onlardan biri də“diş pastası flüorlu olmalıdır, yoxsa qeyri-ftorlu?” sualıdır. Flüor nə edir? Dişlərin əhəmiyyəti nədir? Uşaqlar ftorlu diş pastasından istifadə etməlidirlərmi? Sağlamlıq Elmləri Universiteti Diş Həkimliyi fakültəsi müəllimi dos. dr. Barış Karabulut bu haqda sualları cavablayıb.

Flüor dişlərin kariyesə qarşı müqavimətini artırır

Flüorun diş pastalarında rutin olaraq olduğunu ifadə edən Karabulut: “Flüor tək başına deyil, natrium florid kimi birləşmələr şəklində tapılır. Bu, hazırda, diş çürüklərinin qarşısının alınmasında ən vacib vasitələrdən biridir", - deyə bildirib.

Cəmiyyətdə flüorun zərərli olduğuna dair yanlış təsəvvürün olduğunu qeyd edən  dr. Karabulut aşağıdakı fikirləri də əlavə edib:

“Bu çox yüksək dozalarda və uzun müddət ərzində baş verən təsirdir. Diş pastasında olan qorxulu doza deyil. Flüor həm kariyesin qarşısının alınmasında, həm də başlayan çürüklərin reqressiyasında son dərəcə faydalıdır. Çünki dişin itirdiyi mineralları əvəz edir və dişi bərpa edir. Həmçinin sağlam dişlərdə kariyesə qarşı müqaviməti artırır”.

0-3 yaş uşaqlar üçün diş pastası təklifi

Tərkibində flüor olan pastalara böyüklərdə üstünlük verildiyini ifadə edən Karabulut uşaqların yaşından asılı olaraq istifadə edilməli olduğunu bildirir. Xüsusilə, uşaqlar tam tüpürməyi öyrəndikdən sonra flüorlu pastalara keçməyi tövsiyə edir. Həkim bu məqamda sözlərini belə davam etdirir:

"Bəzən gənc yaşlardakı pasiyentlərimizə çürük riski çox böyükdürsə, çox aşağı dozada və az miqdarda flüor pastası ilə fırçalamağı tövsiyə edirik."

Yaş qrupuna görə uşaqların istifadə etməli olduğu diş pastaları fərqlidir. Karabulut belə tövsiyə edir:

“0-3 yaşlı uşaq pastaları var ki, onları udmaq təhlükəsizdir. Bunlar dadlı olduğu üçün uşaqları öyrətmək üçün çox əlverişlidir”.

Uşağın yaşı artdıqca istifadə edilən məcunun ehtiyacı da dəyişir. 4 ilə 7 arasında müəyyən miqdarda flüor ehtiva edən pastalar istifadə olunur. 7 yaşdan yuxarı uşaqlar böyüklərin tərkibində flüor olan məcunlardan asanlıqla istifadə edə bilərlər.

Dr. Karabulut: “Ancaq kariyes riskinə görə, 4-7 yaş qrupunda yüksək flüorlu pasta istifadə edəcəyimiz hallar ola bilər. Həkimlər məcunu tamamilə tüpürmə vərdişlərinə və ağızdakı çürüklərə görə seçməlidirlər”, -  deyə ailələrə xəbərdarlıq edir.

Məktəbdən gələndə dişlərinizi fırçalamaq yaxşıdır.

Uşaqların sağlamlığı üçün gündə, ən azı, iki dəfə dişlərini fırçalamalıdırlar. Normal şəraitdə heç nə yeyilməsə belə, ağızda müəyyən miqdarda orqanizm əmələ gəlir. Buna baxaraq, həkim sözlərini belə bitirir:

“Gündə, ən azı, iki dəfə fırçalamağı tövsiyə edirik. Burada ailələrdə problem var - uşaq səhər tezdən məktəbə getdiyinə və ya məktəbdə yemək yediyinə dişlərini görə fırçalaya bilmir. Təklifim dərsdən sonra fırçalamaqdır. Yatmazdan əvvəl dişlərinizi də fırçalamalısınız. Beləliklə, ən azı iki dəfə fırçalanmalıdır. Amma dişləri gündə üç dəfə fırçalamaq daha yaxşı olardı”.

Mənbə: TRT HABER

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et