Bu gün:

Avropa dünyanın ilk hibrid yol-səma modeli PAL-V Liberty-ni təsdiqləyib


Hollandiya startapı aviasiya və avtomobil sənayesini birləşdirmək üçün EASA-nın 1500 texniki tələbini aşıb. 

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Hollandiyanın PAL-V şirkətinə onun Liberty hibrid nəqliyyatının əsas sertifikatlaşdırma tələblərinə cavab verdiyini təsdiqləyən Texniki Etiraz (NTO) verib. Bu qərar, giroplan və üçtəkərli nəqliyyat vasitəsinin funksiyalarını birləşdirən dünyada ilk kütləvi istehsal olan “uçan avtomobil”in buraxılması istiqamətində mühüm addımdır.

2008-ci ildən hazırlanmaqda olan PAL-V Liberty 10 dəqiqə ərzində havadan yer rejiminə keçə bilir. Uçuş zamanı iki Rotax 912iS mühərriki ilə təchiz edilmiş təyyarə 180 km/saat sürətə çatır, 500 km məsafə qət edir və dörd saata qədər havada qalır. Yolda o, 160 km/saat sürətlənir, məsafə isə 1315 km-ə çatır. Avtomobilin tam çəkisi 910 kq-dır. Yol sertifikatı 2020-ci ildə əldə edilib, lakin kommersiya uçuşları üçün EASA-nın təsdiqi tələb olunurdu.

PAL-V indi diqqətini yekun sertifikatlaşdırma mərhələsinə yönəldir, bundan sonra Liberty həm havada, həm də ictimai yollarda istifadə üçün qanuni dünyada ilk istehsal avtomobili olacaq.

Mənbə: ixbt.com

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et