Red Bull komandasının holland pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatında mövsümün 3-cü mərhələsi olan Yaponiya Qran Prisinin qalibi olub.

Suzuka şəhəri ilə eyni adlı 5,8 kilometrlik trekdə keçirilən yarış 53 dövrədən çox olub.
Yarışa poul mövqedən başlayan Verstappen 1 saat 22 dəqiqə 06,983 saniyə nəticə ilə birinci yerdə qərarlaşıb.
Avstraliyada mövsümün ilk mərhələsində qalib olan McLaren komandasının britaniyalı pilotu Lando Norris Verstappendən 1,423 saniyə geri qalaraq ikinci olub. Onun komanda yoldaşı, avstraliyalı pilot Oskar Piastri liderdən 2,129 saniyə geri qalaraq üçüncü yeri tutub. McLaren pilotları Lando Norris və Oskar Piastri bu mövsümün ilk iki yarışında qalib gəliblər.
Mövsümün dördüncü yarışı olan Bəhreyn Qran Prisi aprelin 13-də keçiriləcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
