24Media.az-ın növbəti müsahibi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Katibi Tural Orucovdur. O, taksi sifarişləri zamanı yaranan problemlərin həlli üçün AYNA-nın hansı tədbirlər görməsindən danışıb.
Bəzi taksi sifariş proqramlarında sərnişinə göstərilən avtomobil və nömrə fərqli olur, gələn maşın isə başqa olur. Belə halların qarşısını almaq üçün AYNA hansı tədbirləri görür?

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı AYNA tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib. Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək qoruyucu tədbirlərin görülməsi tapşırılıb.
Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.
Namiq Atamalıyev
