Almaniyanın "Bavariya" komandasının alman futbolçusu Tomas Müller mövsümün sonunda müqaviləsi bitdikdən sonra komandadan ayrılacağını açıqlayıb.
Müller klubun internet saytında verdiyi açıqlamada, "Bavariya Münhen oyunçusu kimi 25 ilim bu yay sona çatacaq. Unikal təcrübələr, böyük görüşlər və unudulmaz qələbələrlə formalaşan inanılmaz bir səyahət oldu. Sevimli klubumla bu karyeranı qurduğum üçün böyük minnətdarlıq və sevinc hiss edirəm. Klubla olan xüsusi bağımız hər zaman olacaq və gələn həftələrdə də gözəl azarkeşlərimiz üçün ən yaxşısını edəcəyik”,- deyə bildirib.
2000-ci ildə Bayern Münhen infrastrukturuna qoşulan 35 yaşlı Müller 2008-ci ildə A komandasında debüt edib.
Bütün karyerasını Bavariya komandasında keçirən Müller 12 Bundesliqa, 8 Almaniya Superkuboku, 6 Almaniya Kuboku, UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Çempionatı da daxil olmaqla 32 kubok qələbəsi yaşayıb.
Klub tarixində ən çox rəsmi oyun keçirən futbolçu rekorduna sahib olan Müller oynadığı 743 matçda 247 qol vurub, 273 məhsuldar ötürmə edib.
Tomas Müller 2014 FIFA Dünya Kuboku çempionluğunu qazandığı Almaniya Milli Komandasında 131 matçda 45 qol vurub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
