Bu gün:

Fransada çempion PSJ


PSJ Fransa Liqa 1 çempionluğunu qazanıb.

Luis Enrike və tələbələri sona 6 həftə qalmış çempionluğu elan etdilər.

Fransa Liqa 1-in 28-ci həftəsində Paris Saint-Germain öz meydanında "Anje"ni qəbul edib.

Baş məşqçi Luis Enrikenin idarə etdiyi PSJ 55-ci dəqiqədə Desire Duenin vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edib.

PSJ-dən 13-cü çempionluq

bu nəticədən sonra 74 xalı olan məğlubedilməz Paris Saint-Germain 6 həftə qala çempionluğunu elan edib.

Beləliklə, ispan məşqçi Luis Enrikenin rəhbərliyi altında PSJ ardıcıl 4, ümumilikdə isə 13 çempionluq qazanıb.

Digər tərəfdən, PSJ liqanın qalan həftələrində məğlub olmasa, Liqa 1-də məğlubiyyətsiz çempion olan ilk komanda olacaq.


Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et