
Mədəniyyət naziri bildirib ki, o, Sunderland şəhərində 475 milyon funt sterlinq dəyərində film və televiziya studiyasının tikintisində "çox tez" irəliləyiş görməyi gözləyir.
Crown Works Studios layihəsi ötən il təsdiqlənib və 8,000-dən çox iş yerinin yaradılması ümid olunur.
Northern Spire körpüsünün yanında, Palliondakı keçmiş gəmiqayırma sahəsində hazırlıq işləri başlansa da, studiyaların tikintisinə hələ başlanmayıb.
Yerli Demokratiya Hesabat Xidmətinə açıqlamasında Lisa Nandy hökumətin bu inkişafın "sürətlə" irəliləməsini istədiyini bildirib.
Keçmiş Mühafizəkarlar partiyasından olan maliyyə naziri Jeremy Hunt ötən il North East bölgəsinin muxtariyyət razılaşması çərçivəsində sahilin yenidən qurulması üçün 25 milyon funt sterlinq hökumət maliyyəsi ayırdığını elan etmişdi. Bu dəstək daha sonra Leyboristlər partiyası hakimiyyətə gəldikdən sonra Rachel Reeves tərəfindən dəstəklənmişdi.
Fulwell 73 adlı prodüser şirkəti və maliyyələşdirici Cain International şirkəti Wear çayının sahilində 20 səs mərhələsinin tikintisini planlaşdırır.
Lisa Nandy bildirib ki, bu sahədə yerli bacarıqların formalaşdırılması ilə iqtisadiyyatın uzunmüddətli dayanıqlığı təmin olunmalıdır:
“Əgər yalnız bir sənayeniz varsa və o sənaye sıradan çıxarsa, bu, fəlakətli nəticələrə gətirib çıxara bilər. Amma əgər bacarıqlardan ibarət bütöv bir ekosistem qurulsa, bu iqtisadiyyat onillərlə davam edə bilər.”
Hazırda ərazidə tikinti üçün torpaq hazırlıq işləri aparılır və bu hazırlıq işlərinin yay aylarına qədər davam etməsi gözlənilir. Sunderland Şəhər Şurası bildirib ki, ərazidə gələcək investisiyalar üçün remediya işləri görülür və tezliklə podratçının seçilməsi mərhələsinə keçiləcək. Tikinti işlərinə isə ilin sonlarında başlanacağı gözlənilir.
Mənbə:BBC
Tərcümə etdi:Leila Musayeva
