Bu gün:

Dünyanın ən səssiz otağı


Minnesotadakı Orfield Laboratoriyasında yerləşən və “dünyanın ən səssiz otağı” kimi tanınan səssiz kamera o qədər sakitdir ki, orada olan insanlar öz ürək döyüntülərini və qan axınını eşidə bilirlər. Bu otaq səsi -9 desibeldək azaldır. Normal bir otaqda bu göstərici 30-40 desibeldir.

Bu səssizlik o qədər güclüdür ki, insanlar orada uzun müddət qala bilmirlər. Ən uzun qalma müddəti isə cəmi 45 dəqiqədir. Çünki beyinə səslər gəlmədikcə, insan zaman və məkan hissini itirməyə başlayır. Bu da psixoloji narahatlıqlara səbəb ola bilər.

Otağın yaradılma məqsədi isə texnoloji məhsulların, xüsusilə də səsgücləndirici cihazların və mikrofonların testindən ibarətdir.


Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et