Çingiz xan – Monqol imperiyasının qurucusu – 1227-ci ildə vəfat edib. Amma bu günə qədər onun harada dəfn olunduğu dəqiq bilinmir. Tarixi mənbələrə və əfsanələrə əsasən, o, Monqolustanın şimal-şərqindəki Burxan-Xaldun dağları yaxınlığında, Xentei bölgəsində gizli şəkildə torpağa tapşırılıb.

Gizli dəfn karvanı
Deyilənə görə, Çingiz xanın cənazəsi gizli şəkildə vətəninə gətirilib, karvanı qoruyan əsgərlər yol boyu qarşılarına çıxan hər kəsi öldürüblər ki, məzarın yeri heç kimə məlum olmasın.
İzlərin silinməsi
Dəfn mərasimindən sonra məzarın üstündən at və mal-qara sürülərək torpaq bərabərləşdirilib, sonra isə əraziyə ağac əkilib ki, məzarın yeri gizli qalsın.
National Geographic — “Xanlar Vadisi” layihəsi
2009-cu ildə amerikalı alim Albert Yu-Min Lin və National Geographic komandası peyk görüntüləri və kütləvi iştirak (crowdsourcing) vasitəsilə məzarı axtarmağa başladı. Minlərlə insan peyk şəkillərini analiz etdi, amma nəticə əldə olunmadı.
Yapon və alman ekspedisiyaları
1990-cı illərdə Yapon alimləri, sonralar isə Alman arxeoloqları bölgədə qazıntılar apardılar. Lakin bu qazıntılar da uğursuz
Mənbə: National Geographic
Tərcümə etdi: İbrahim Çobanlı
