Bu gün:

Məşq etmək üçün bədən saatının əhəmiyyəti


Hər il milyonlarla insan belini incəltməyin sürətli yolunu axtararaq yeni bir məşq proqramını izləyir. Mütəxəssislər isə yağları effektiv şəkildə yandırmağın sirrinin təkcə idmanda deyil, ona ayırdığınız vaxtda olduğunu da vurğulayır.



Tədqiqatçılar toxumalarınızın hər birindəki sirkadiyalı ritmin, daxili bədən saatınızın günün müxtəlif vaxtlarında nə qədər səmərəli fəaliyyət göstərməsində mühüm rol oynadığına dair daha çox sübut əldə edirlər.

Tədqiqatlar göstərir ki, idmançılar günortadan sonra və axşam erkən saatlarda daha yaxşı çıxış edirlər.

Hollandiyalı idman alimləri üzgüçülərin Afina, Pekin, London və Rio Olimpiadalarında çıxışlarını araşdırarkən onların ən sürətli vaxtının axşam saat 5 radələrində olduğunu aşkar ediblər. Bu prinsiplərin bütün insanlara aid olduğu düşünülür.

Səhər saatları daha uyğundur

İsveçdəki Karolinska İnstitutunun inteqrativ fiziologiya professoru və fizika arasında əlaqə üzrə aparıcı mütəxəssis Juleen Zierath: "Fiziologiyamızın əksəriyyəti bədən istiliyindən ürək döyüntüsünü və yağ metabolizmasını idarə edən genlərə qədər 24 saatlıq bir dövrə üzərində işləyir", -  deyib. 

İndi bütün toxumaların və orqanların müxtəlif hormonların dalğalanmalarına görə öz unikal cədvəlləri necə olduğu aydın olur.

Əzələlərimiz günün sonunda ən güclü və çevik vəziyyətdə olsa da, yeni araşdırmalar göstərir ki, səhər idman edərkən yağları daha effektiv şəkildə yandıra bilərik.

Professor Zierath deyir ki, hüceyrələrdə yığılan yağları məşq edərkən istifadə etdiyimiz enerjiyə çevirməyə kömək edən fermentlər istehsal edən minlərlə gen var. Bu genlər ən çox səhərlər aktiv görünür.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et