Bu gün:

Qlobal ticarət müharibəsi yaxınlaşır, təşviş artır


2025-ci ilin 4 aprel tarixində ABŞ-nin əsas fond indeksləri enişlə bağlanıb. Səbəb isə investorların faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalacağına dair narahatlıqları olub. Bu vəziyyət bazarda risklərdən qaçma meylini artırıb və səhmlərin satışını sürətləndirib.

Volatilliyi ölçən "Cboe Volatility Index" (VIX) — tez-tez "qorxu göstəricisi" adlandırılan indeks — 8 ayın ən yüksək səviyyəsinə qalxıb. Bu da bazarda qeyri-müəyyənliyin artdığını göstərib. S&P 500 indeksi ardıcıl dördüncü gündür ki, enib. Nasdaq və Dow Jones indeksləri də mənfi zonada ticarəti tamamlayıblar. Analitiklər bildirib ki, investorlarda ABŞ Federal Ehtiyat Sisteminin (Fed) bu il faiz endirimi etməyəcəyinə dair narahatlıq yaranıb. Çünki əmək bazarı hələ də güclü qalıb və inflyasiya səviyyəsi hədəflənən göstəricidən yüksək olub. Texnologiya sektoru səhmləri xüsusilə də "yüksək dəyər" daşıyan şirkətlər satış təzyiqindən daha çox təsirlənib.

Məsələn, Apple və Microsoft-un səhmləri ucuzlaşıb. Bəzi ekspertlər bildirib ki, investorlar Fed-in faizləri daha uzun müddət yüksək səviyyədə saxlayacağı ehtimalını getdikcə daha ciddi qəbul etməyə başlayıb. Bu isə riskli aktivlərdən, xüsusilə də, səhmlərdən uzaq durmağa səbəb olub.



Mənbə: Reuters

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et