
Yalnız 1 millimetr qalınlığında və 3,5 millimetr uzunluğunda yeni hazırlanmış simsiz kardiostimulyator şprisin ucuna sığacaq qədər kiçikdir.
Cihaz xəstənin sinəsinə yapışdırılmış yumşaq yamaq ilə birləşdirilir. Yamaq nizamsız ürək döyüntülərini aşkar etdikdə, kardiostimulyatora hansı ritmin stimullaşdırılması lazım olduğunu bildirmək üçün işıq siqnalları göndərir. Elm adamları gələcəkdə insanlarda sınaqdan keçirilməsi planlaşdırılan simsiz kardiostimulyatoru “təməl qoyan ixtira” kimi qiymətləndiriblər.
Tədqiqatın müəllifi ABŞ-ın Şimal-Qərb Universitetinin professoru. Con Rocers bildirdi ki, kardiostimulyator 2-3 il ərzində insanlarda sınaqdan keçirilməyə başlaya bilər. Bildirilib ki, bu innovativ cihaz tibb dünyasının digər sahələrində də inkişaflara ilham verə bilər.
Mənbə: Ntv Haber
Tərcümə etdi: Əlisahib İbrahimli
