Bu gün:

Elmi araşdırma: Bu qidaların istehlakı Alzheimer riskini azaldır


ABŞ-da aparılan bir araşdırmada kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlərin antioksidant komponentlərinin beyində yaddaş funksiyalarını yaxşılaşdırdığı və yaşa bağlı zehni geriləməni azaltdığı müəyyən edilmişdir.

Tech Explorist-in hesabatına görə, Kolumbiya Universitetində aparılan araşdırmalar flavonoid qəbulu ilə yaddaş arasındakı əlaqəyə diqqət yetirib. Tədqiqatda 3500 subyektə 3 il ərzində gündə 500 milliqram flavonoid həb və ya plasebo verilib.

Tədqiqatda bitki və meyvələrə rəng verən flavonoid komponentinin gündəlik 500 milliqram əlavə olaraq verilən subyektlərin söz ehtiyatını və düşüncə sürətini yaxşılaşdırdığı müşahidə edilib.

Araşdırmada qida əlavəsinin onsuz da flavonoid çatışmazlığı olan subyektlərin yaddaş funksiyalarını yaxşılaşdırdığı aşkar edilsə də, sözügedən zehni gərginliyin alzheimer (alzaymr) xəstəliyi ilə qarışdırılmaması lazım olduğu və araşdırmanın yaşa bağlı azalma üzərində dayandığı ifadə edildi.

Flavonoidlərin yaşıl çay, yaşıl yarpaqlı tərəvəzlər, qara qarağat, soğan, alma, albalı, şaftalı, limon, üzüm və sitrus meyvələri də daxil olmaqla bir çox meyvə və tərəvəzdə olduğu bilinir.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et