Bu gün:

Osimhendən dubl- Qalatasaray yarımfinalda


Ziraat Türkiyə Kubokunda 1/4 final derbisinin qalibi “Qalatasaray” olub. 

Sarı-qırmızılılar ilk hissədə Viktor Osimhenin vurduğu 2 qolla səfərdə "Fənərbaxça"nı 2:1 hesabı ilə məğlub edib. 10-cu dəqiqədə oyunu açan Viktor Osimhen 26-cı dəqiqədə penaltini qola çevirərək fərqi 2-yə çatdırıb. Osimhen bu qollarla "Qalatasaray"ın cari mövsümdə 100-cü və 101-ci qollarını vurub. 45+4-də ofsayd üçün nəzərdən keçirilən Fənərbaxçanın qolu VAR tərəfindən qəbul edildi və Sebastyan Şimanskinin qolu ilə fərq 1-ə endi. Matçın ikinci hissəsi hadisəli keçib və başqa qol vurulmayıb və “Qalatasaray” kubokun yarımfinalına yüksəlib.

Mənbə: FotoMaç
Tərcümə etdi: Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et