2019-cu ilin sonlarında başlayan pandemiya dövründə mikroskopun əhəmiyyəti daha da artdı. O, gözlə görünməyən mikroorqanizmlərin və struktur detallarının aşkar edilməsində mühüm rol oynadı. Bəs mikroskop necə yaranıb və zamanla necə inkişaf edib?
Mikroskopun əsas funksiyası və əhəmiyyəti:
Mikroskop, gözlə görünməyən kiçik birləşmələri, hüceyrələri və mikroorqanizmləri böyüdərək tədqiq etməyə imkan verən bir cihazdır. Bu alət, elmi tədqiqatlarla yanaşı, tibb və materialşünaslıq kimi sahələrdə də inqilabi dəyişikliklərə səbəb olmuş mühüm ixtiralardan biridir.
Elektron mikroskopun ixtirası: 1930-cu illərdə alman fiziki Ernst Ruska tərəfindən hazırlanan elektron mikroskopda işıq əvəzinə elektron şüasından istifadə olunub. Bu texnologiya nümunələri təxminən 1 milyon dəfə böyütməyə və atomaltı detalları araşdırmağa imkan verib.
Ağıllı və hibrid mikroskop sistemləri: Bu gün optik, elektron və skan edən tunel mikroskopları elmi tədqiqatlarda əvəzolunmaz alətlərə çevrilib. Gələcəkdə süni intellektlə dəstəklənən görüntü emalı, hibrid mikroskop sistemləri və portativ cihazlar sayəsində mikro dünya daha yüksək ayırdetmə qabiliyyəti və istifadəçi dostu funksiyalarla araşdırıla biləcək. Bu yeniliklər elmi araşdırmaları sürətləndirəcək, təhsil və tibb sahələrində inqilabi dəyişikliklərə yol açacaq.
Mikroskopun elmdə və həyatımızdakı yeri:
Mikroskopun ixtirası, insanların görünməyən dünyanı görmək və elmi tərəqqiyə çatmaq arzusu ilə yaranıb. Bu sahədə ilk addımlar sadə linzalarla aparılan təcrübələr, eləcə də Robert Hooke və Anton van Leeuwenhoek kimi alimlərin əhəmiyyətli işləri ilə başlayıb. Sonralar Ernst Ruska və digər müasir ixtiraçıların töhfələri ilə mikroskop daha da inkişaf etdirilib. Bu gün mikroskop, elmdə inqilabi dəyişikliklərə səbəb olan və mikro aləmi daha yaxşı başa düşməyimizə imkan verən vacib bir alətdir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
