Bu gün:

İnfarkt beyin zədələnməsini sürətləndirə bilər


Yeni bir araşdırma göstərdi ki, infarkt beyin funksiyasının gələcək illər üçün normaldan daha sürətli azalmasına səbəb ola bilər.

United Press International-ın (UPI) xəbərinə görə, elm adamları infarktın qəfil problemlər yaratmadığını, sonrakı illərdə beyin funksiyalarının normaldan daha sürətli azalmasına səbəb olduğunu müəyyən ediblər.

Tədqiqatçılar infarktın beyin funksiyasına təsirini görmək üçün 50 il ərzində aparılan araşdırmaları təhlil etdilər.

Tədqiqatın müəllifləri infarktdan sonra beyin funksiyasının bu şəkildə azalmasının 6-13 il zehni qocalmaya bərabər olduğunu bildiriblər.

Johns Hopkins Universiteti Tibb Fakültəsinin nevrologiya kafedrasının dosenti Mişel Yohansen qeyd edib ki, tədqiqat infarktın qarşısının alınması yaşlı insanlarda beyin sağlamlığını qorumaq üçün bir strategiya ola bilər.

Araşdırmanın nəticələri JAMA Neurology jurnalında dərc olunub. 

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et