
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi tibb eksperti Müşfiq Hüseynovdur. O, sağlam həyat tərzi haqqında danışıb.
- Sağlam həyat tərzi nə deməkdir?
İnsanlar müəyyən səbəblərdən xəstələnirlər. Minlərlə elimə məlum olan və olmayan xəstəliklər var. Onların hamsının 6 ana səbəbi var. Birincisi, ekolojidir. Ekoloji səbəb böyük şəhərlərdə olan hava kirliliyi, radiasiya fonu, istehsalatın artması, təsirli qazlardır. Son zamanlarda insanların işlə, texnologiya ilə əlaqədar oturaq, passiv həyat tərzinə keçirilməsi ana səbəbin ikincisidir. Əsəb, sarsıntı, müxtəlif səbəblərdən depressiyaya düşmələr üçüncü səbəbdir. Növbəti səbəb bizim müxtəlif zəhərlənmələrə məruz qalmağımızdır. Yəni bu dərman, kimyəvi məhsul, kimyasal təmizləyici vasitələr ola bilər. Narkotik, alkoqol, siqaret kimi zərərli vərdişlərdə növbəti səbəblərindəndir. Günəş şüalarının radiasiya fonunun yüksək səviyyədə olmasıda vacib səbəblərindən biridir. Sağlam qidalanma, 3 ağ ölüm adlanan məhsuldan az istifadə etmək, idman etmək, açıq havada çox zaman keçirtmək, zərərli vərdişlərdən uzaq durmaq və s. bunların hamısına əməl etsəniz siz gec-gec xəstələnəcəksiniz və gec yaşlanacaqsınız, mümkün olduğu qədər çox yaşacaqsınız. Amma bunlar o qədər də yetərli deyil. Qida əlavələrinə də müraciət etməliyik. Onlar nar qabığı, üzüm çəyirdəyi, heyvanın toxumları, qara qarağat, bütün qırmızı meyvələr, moruq, çiyələk və s. hesab oluna bilər. Sağlam həyat tərzi üçün bunların hamısı əsas faktorlardır. Fast food, energetik içkilərin qəbulu, restoran yeməklərindən də uzaq durmağı tövsiyə edirəm. Ən son olaraq da, deyə bilərəm ki, ailə də əsas amil sağlamlıqdır. Sağlam ailələrin, sağlam da uşaqları olur. Mənəvi cəhətdən sağlam nəzərdə tuturam. Bu ən böyük təsir edən amillərdən biridir. Ailənin təməli nə qədər sağlamdırsa, uşaqlarda o qədər sağlam, rahat şəkildə böyüyəcəklər.
Xədicə Cabbarlı
