Bu gün:

İspaniya Arda Gülər ​​haqqında danışır


"Real Madrid" Arda Gülərin ötürməsi ilə İspaniya Kral Kubokunun finalına yüksəlib.

Qol ötürməsini verdiyi komanda yoldaşı Antonio Rüdiger də çıxışı zamanı İspaniya mətbuatında geniş işıqlandırılan milli futbolçu haqqında xoş sözlər deyib.


İspaniya Kral Kubokunun yarımfinal cavab oyununda “Real Madrid”i "Real Sosyedad" qəbul edib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn madridlilər 90 dəqiqəni 4-3 hesabı ilə məğlubiyyətlə başa vurub və matç əlavə vaxta gedib.


Əlavə vaxtda oyuna daxil olan Ara Gülər matçın gedişatını dəyişib. Milli futbolçu 115-ci dəqiqədə küncdən zərbə vurduqda, Antonio Rüdiger topu başla tora göndərib və 4:4 hesabı ilə bitən görüşdə Real Madrid finala yüksəlib.


İspaniya mətbuatı kritik ötürmə ilə komandasını finala daşıyan Arda Gülərə geniş yer verib.


“Marca” qəzeti “Ardanın sehrli toxunuşu və möhtəşəm bitirmə qabiliyyəti” başlığı ilə xəbər verib.


Real Madridi finala çıxaran qolu vuran Antonio Rüdiger köməyinə görə Arda Gülərə təşəkkür edib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et