Visa texnologiya nəhəngi Apple şirkətinin kart tərəfdaşı olmaq üçün 100 milyon dollar təklif edib. Wall Street Journal xəbər verir ki, Visa yüksək təkliflə "Applecard" təhlükəsizlik tərəfdaşı Mastercardı əvəz etmək istəyir.

Apple kredit kartı tərəfdaşı kimi 2019-cu ildən bəri Mastercardla işləyib. 2023-cü ilin noyabrında iki şirkət arasında ittifaq dayandırıldıqdan sonra bir sıra şirkətlərlə danışıqlar aparılıb. Şirkət Barclays ilə danışıqlar apardığını açıqladıqdan qısa müddət sonra Visadan yüksək məbləğdə cəsarətli təklif gəlib.
Mənbə: Reuters
Tərcümə etdi: Səidə Abasova
