Bu gün:

Haalanddan pis xəbər


İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Siti" norveçli hücumçu Erlinq Haalandın sol topuğundan zədələndiyini və bir müddət meydandan uzaq qalacağını açıqlayıb.

Klubdan verilən məlumata görə, dünən İngiltərə FA Kubokunun 1/4 finalında "Bornmut"la səfər matçında zədələnən norveçli futbolçu bir müddət meydanlardan uzaq qalacaq.

"Erlinqin bu yay keçiriləcək FIFA Klublararası Dünya Çempionatı da daxil olmaqla, mövsümün qalan hissəsində daha böyük rol oynamaq üçün hazır olacağı gözlənilir",- deyə deyilib.

Haaland bu mövsüm "Mançester Siti"nin heyətində 40 matçda 30 qol vurub və 4 məhsuldar ötürmə edib.


Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et