
Bir çox müasir dostları onu əsl cənsib bir insan, mükəmməl davranışları olan biri kimi tanıyırdı. Lakin bu "intellektual" xarici görünüş ona Çikaqonun cinayət dünyasının kralına çevrilməyə mane olmamışdı.
Cörc Rimus bu şəhərdə ən tanınmış fiqurlardan biri idi. Onun zənginliyi haqqında əfsanələr var idi, yaratdığı imperiya isə məhdudiyyətsiz imkanlara sahib idi. Hələ də məlum deyil ki, onun sərvəti nə qədər böyük idi. Həmçinin, bu da ehtimal olunur ki, məhz Rimus məşhur "Böyük Qətzbi" romanının baş qəhrəmanı üçün prototip olmuşdu. Amma kasıb bir ailədən gələn sadə bir oğlan necə əfsanəvi bir varlanmışa çevrildi? Və həqiqətən "Qətzbi"nin həyatında hansı sirlər gizlənir?
Cörc Rimus 1878-ci ildə Almaniyanın Landsberq şəhərində doğulmuşdu. Onun ailəsi orta səviyyəli deyil, sadə və kasıb bir həyat tərzi sürürdü. Atası əczaçılıqla məşğul olurdu, anası isə ev işləri ilə məşğul idi. Cörc dörd yaşına çatanda, ailəsi Amerikaya köçməyə qərar vermişdi. Bu, daha yaxşı həyat axtaran bir çox ailənin etdiyi bir şey idi. Lakin xəyallar bəzən sərt reallıqla bir araya gəlmirdi.
Amerikaya, Çikaqoya köçsələr də, Rimus ailəsinin həyatı çox dəyişməmişdi. Hətta atası daha tez-tez içməyə başlamışdı. Evin içində münaqişələr baş verir, atası ailənin qazancını çox vaxt içkiyə xərcləyirdi. Amma bütün çətinliklərə baxmayaraq, Cörc Rimus gənc yaşlarından inanıramışdı ki, onu böyük bir gələcək gözləyir. Bəlkə də, onun yaxşı intuisiyası var idi və zaman bunu təsdiq etdi.
Cörc on dörd yaşında əczaçı köməkçisi kimi əmisi oğlu ilə bir aptekdə işləməyə başlamışdı. Bu iş darıxdırıcı və gəlirsiz idi. Rimusun ambisiyaları nəzərə alındığında, təəccüblü deyildi ki, tezliklə bu işi tərk edib. O, əczaçılıq kollecinə daxil oldu və müvəffəqiyyətlə bitirib, tezliklə öz aptekini açmışdı. O, öz işini qurmağa və böyük zənginliyə nail olmağa inanırdı.
Bir neçə il sonra Cörc Çikaqoda daha bir neçə aptek almışdı. Başqa birisi onun yerində bu vəziyyətdən sevinərdi – gəlir az olsa da, yenə də hər hansı bir şey vardı. Lakin Rimus narazı qalırdı – o, əsl zənginliyi, sadəcə "gündəlik həyatı davam etdirmək" üçün olan az gəlir deyil, çox daha böyük bir qazanc istəyirdi. Nəticədə, gənc oğlan çox radikal bir addım atdı və fəaliyyət sahəsini dəyişdi. O, İllinoysda hüquq kollecinə daxil olub, 1904-cü ildə vəkillər kollegiyasına üzv olmuşdu.
Sadəcə bir neçə il ərzində Cörc Rimus ABŞ-da ən məşhur vəkillərdən birinə çevrilmişdi. Hər uğurlu işdən sonra daha çox tanınır, daha yüksək ödənişlər alırdı – onu Fərtuna belə qoruyurdu. Ancaq vəkil özü dəyişkən uğura deyil, öz biliyi və proseslərdə istifadə etdiyi xüsusi üsuluna güvənirdi.
Cörc Rimusun adı bütün ölkədə tanınırdı. O, ildə təxminən 7 milyon dollar qazanırdı, amma bu belə də ona yetmirdi. O, möcüzəvi zənginlik arzulayırdı və az sonra həyat ona bir daha şans verəcəkdi. Necə oldu da, bir hüquqşünas milyarderə çevrildi? Və niyə cinayət yoluna qədəm qoydu?
Kiçik yaşlarından içkili atasının hərəkətlərini müşahidə edib, kasıb və bədbəxt anasına təsəlli verməyə çalışarkən, Cörc artıq böyük və uğurlu bir insan olacağına inanırdı. O, günlərin birində heç bir pulu saymağa ehtiyacının olmayacağını, evinin ABŞ-da ən zəngin və möhtəşəm olanı olacağını düşünürdü. Cörc Rimus sadəcə inanırdı, amma bu məqsədə çatmaq üçün çox çalışmışdı.
Ancaq bütün uğura baxmayaraq, Cörc daha böyük bir şey arzulayırdı və həyat ona öz arzularını həyata keçirmək üçün bir şans verdi. 1920-ci ildə ABŞ-da alkoqol məhsullarının satışı, istehsalı və daşınmasının qadağan edildiyi "Quru qanun" elan edilmişdi. İlk günlərdə belə, qanunun tətbiqi ilə çoxlu gizli alkoqol istehsalçıları meydana çıxmışdı. Rimus, biznes sahəsindəki təcrübəsi və qanunları yaxşı bildiyi üçün dərhal bunun onun üçün böyük bir fürsət olduğunu anlamışdı.
Bir əczaçı və hüquqşünas olaraq, alkoqol istehsalını və dərmanlarla bağlı qaydaları birləşdirərək, Cörc Rimus çox tez bir zamanda ABŞ-da butlegerlərin liderinə çevrilmişdi. "Quru qanun" Rimus üçün işləyirdi. Yalnız təsəvvür edin: iki buçuk il ərzində o, 40 milyon dollar qazandı və bu, çox sürətlə artan gəlir idi!
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Kərimli
