Bu gün:

ASMR videoları insanlarda rahatlama və stressin azalmasına kömək edə bilər


24Media.az-ın budəfəki müsahibi psixoloq Zeynəb Əyyubovadır. O, ASMR videolarının insanlar üzərindəki təsirlərindən danışıb.

– Sizcə, ASMR videolarının insanlar üzərindəki rahatlama və stress azaldıcı təsirləri nə qədər effektivdir? 

ASMR videoları insanlarda rahatlama və stressin azalmasına kömək edə bilər. Bu videolar yavaş və yumşaq səslərlə beyində xoş hisslər yaradır və nəticədə stres hormonu olan kortizolun azalmasına və rahatlama hissinin artmasına səbəb olur. 

– Bu videoları uzun müddət izləyən şəxslərdə psixoloji asılılıq yarana bilərmi? 

ASMR videolarını uzun müddət izləyən bəzi insanlarda psixoloji asılılıq yarana bilər. Xüsusilə gündəlik həyatda stresslə mübarizə aparmaq üçün yalnız bu videolara güvənən insanlarda emosional tənzimləmə bacarıqlarının zəifləməsi mümkündür. Buna görə də ASMR videolarını rahatlama üsulu kimi istifadə etmək faydalı olsa da, onları yeganə stress idarəetmə vasitəsi kimi görmək düzgün deyil. Daha sağlam yanaşma üçün meditasiya, idman, sosial fəaliyyətlər və psixoloji dəstək kimi alternativ üsullardan da istifadə olunmalıdır.

Çinarə Tarverdiyeva 

Paylaş
Şərh əlavə et