Bu gün:

Sümüklərin güclənməsi üçün 6 qida


Ümumi bədən sağlamlığı üçün çox vacib olan sümük və oynaqlar yaş irəlilədikcə aşınma başlayır. Yaş artdıqca osteoporoz, oynaqların kalsifikasiyası kimi problemlər daha çox rast gəlinir. Sağlam və möhkəm sümüklərə sahib olmaq üçün yuxu rejiminə, sağlam yaşamağa və düzgün qidalar qəbul etməyə diqqət yetirilməlidir. Ortopediya və Travmatologiya Mütəxəssisi Op. Dr. Alperen Korucu mövzu ilə əlaqədar əhəmiyyətli məlumatlar verdi. 


Pendir 

Kalsium sümük sağlamlığı üçün əhəmiyyətli bir mineraldir. Pendirin tərkibindəki kalsium sümük kütləsinin itkisinin qarşısını almağa kömək edir. Protein anbarı olan pendir, sümük sağlamlığının qorunmasında çox təsirli bir qidadır.

Yumurta

Tərkibindəki A vitamini və D vitamini sayəsində sümük və oynaq problemlərinin qarşısını alır. Həmçinin tərkibində amin turşuları olan bu qida əzələ artımını təmin edir.

İspanaq 

Qış aylarında tez-tez itifadə edilən ispanaq sümük inkişafına töhfə verən bir qidadır. Tərkibindəki K vitamini sayəsində menopozdan sonra osteoporoz ehtimalını azaltmağa kömək edir.

Yağlı toxumlar

Küncüt, fıstıq, fındıq, badam, qoz kimi qidalar bitki mənşəli yağlı toxumlardır. Maqneziumla çox zəngin olan bu qidalar sümük, əzələ və oynaq sağlamlığı üçün faydalıdır. Əzələ və sümükləri gücləndirməyə kömək edir.

Quru ərik

Quru ərikdə sümükləri gücləndirən, sinir funksiyasını qoruyan və osteoporozla mübarizə aparan kalsium mineralı var.

Bulqur buğdası

Yaş irəlilədikcə sümük mineral sıxlığında azalma baş verir. Ona görə də bol miqdarda dəmir, fosfor, manqan, maqnezium və sinklə zəngin qidalardan istifadə etmək osteoporoza qarşı və sümüklərin sağlam olması üçün faydalı olacaq. Bu qidalardan biri də bulqurdur. Bulqurun tərkibində bu mineralların yüksək səviyyələri var.

Mənbə: CNN Türk

Tərcümə etdi: Xədicə Cabbarlı

Paylaş
Şərh əlavə et