24media.az-ın müsahibi yoqa mütəxəssisi Firuzə Məmmədovadır. O, müasir dünyada yoqanın əhəmiyyəti haqqında danışıb.
-Sizcə, müasir dünyada yoqa niyə vacibdir?
Müasir insan sürətli yaşamağa öyrəşib və bir şeyin nəticəsini tez görmək istəyir. Ümumi rutində isə özümüzə mərkəzlənməni unuda bilirik. Yoqa təkcə fiziki hərəkətlərdən ibarət deyil. O, həm fiziki, həm zehni, həm də bədənimizdə nəfəs dönüşü yaratdığı üçün həyatımıza daxil ola bilər. Çox zaman düşünə bilərik ki, bu, sadəcə hərəkətdir, bəziləri düşünür ki, biz yoqada yalnız əyləşirik və nəfəs almadan meditasiyada qalırıq, amma yoqa bunların hamısını kompleks şəkildə həyatımıza daxil edir. Yoqa, ilk olaraq, əxlaq qanunlarından və fərdi praktikalardan başlayır. Bunların hamısını həyatımıza daxil etdikdə, bizə mərkəzlənmə verir, öz varlığımızı anlamağa və "olmaq" halımızı fərqində olaraq yaşamağa icazə verir. Müasir insanın özünün fərqində olması və istəmədiyi halda yaşamaması, özünü anlaması üçün biz yoqaya önəm verməliyik. Çünki biz doğulduğumuz andan dəyişikliklərə məruz qalırıq və zehnimizdə dəyişikliklər baş verə bilir. Bu dəyişiklikləri aradan qaldırmaq üçün yoqa müasir insana çox vacibdir.
Xədicə Cabbarlı