Bu gün:

Real Madridin 4 ulduzu ilə bağlı araşdırma


UEFA "Real Madrid"in futbolçuları Antonio Rüdiger, Kilian Mbappe, Daniel Ceballos və Vinicius Juniora qarşı intizam araşdırması açıb.

UEFA-dan verilən açıqlamada martın 12-də Çempionlar Liqasının son 16-cı turunun "Atletiko Madrid"lə cavab matçından sonra "Real Madrid"in futbolçuları Rüdiger, Mbappe, Seballos və Vinisiusun azarkeşlərə qarşı nalayiq davranışları səbəbilə istintaq başladıldığı bildirilib.

Real Madrid futbolçuları Atletico Madridi penaltilərdə 4-2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldikləri matçdan sonra rəqib komandanın tamaşaçıları qarşısında hədsiz sevinc nümayiş etdiriblər.


Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et