Bu gün:

Topçular yeni forvard axtarışında


Performansı ilə böyük klubların radarında olan Viktor Qyökeresin yeni komandası ilə bağlı iddialar ortaya atılıb. Hücumçu Viktor Qyökeresin "Arsenal"ın futbolçusu olmağa yaxın olduğu iddia edilib. Hücumçu Viktor Qyökeres üçün yeni transfer iddiası ortaya çıxıb. İsveçli hücumçunun Premyer Liqaya üz tutacağı gözlənilir. Arsenal mərkəz hücumçusu üçün hərəkətə keçib. "Arsenal"ın tezliklə "Sportinq"lə əlaqə saxlayacağı bildirilib.  

Qyökeresin təxminən 75 milyon avroya transfer oluna biləcəyi iddia edilir. Arsenalın ilk hədəfi Qyökeres olsa da; “Newscastle United”dan Aleksandr İsak və “RB Leypsiq”dən Benjamin Sesko da namizədlər arasındadır.  Bu mövsüm "Sportinq"də 41 matçda meydana çıxan 26 yaşlı hücumçu 40 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mənbə:NTV SPOR
Tərcümə etdi:Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et