
Hamımızın başqalarının düşündüklərini oxumaq istədiyimiz anları olur. Sizə desək ki, siz insanları sadəcə bədən dilinə baxaraq oxuya bilərsiniz?
İnsanların bədən dili tez-tez şüuraltı ilə bağlıdır və ağlında olanları bizə aydın şəkildə izah edir. Bu mesajların nə olduğunu öyrənsəniz, ekstrasens kimi davrana və başqalarının fikirlərini onlar danışmadan anlaya bilərsiniz.
1. Gözlər heç vaxt yalan danışmaz.
İnsanlar danışarkən sağa və yuxarıya baxdıqda, bu, yalan danışdıqları anlamına gələ bilər, çünki bu hərəkət təxəyyülü stimullaşdırır. Ancaq danışarkən sola və aşağıya baxmaq, danışanın ya faktları xatırladığını, ya da fikirlərini topladığını göstərir.
2. Çox başını tərpətsələr…
Əgər siz danışdığınız zaman qarşınızda duran şəxs başını təkrar-təkrar və həddindən artıq tərpətməyə başlayırsa, bu, sizi dinləmədiyini ifadə edə bilər. Odur ki, qarşıdakı insan başını çox tərpətirsə, sürəti azaldın və dediklərini yenidən ifadə etməyə çalışın.
3. Təbəssümlərini saxtalaşdırırlarsa…
Qırışlar bir çoxumuz üçün arzuolunmaz qocalmanın simvoludur. Bununla belə, eyni qırışlar sizə bir təbəssümün həqiqi olub olmadığını söyləyə bilər. Birinin təbəssüm edib-etmədiyini göz ətrafındakı qırışlardan anlaya bilərsiniz, çünki həqiqətən gülümsəyən birinin gözləri ona qoşulacaq.
4. Əgər çənəsini sıxarsa…
Sıxılmış çənə stress əlamətidir. Əgər kiminsə çənəsini sıxdığını görsəniz, bu o deməkdir ki, həmin şəxs stressli bir şey haqqında düşünür.
5. Saxta emosiyaları necə aşkar edirsiniz?

Duyğular üzünüzə bərabər şəkildə əks olunur, ona görə də kiminsə üzünün bir tərəfi digərindən fərqli ifadəyə malikdirsə, sizə göstərdiyi duyğular həqiqi olmaya bilər.
6. Onların əlini necə qaldırdıqları önəmlidir.
Rahat bir duruşda əli tam uzunluğuna qaldırmaq güclü və əmredici aura yayır. Əksinə, əli baş səviyyəsindən aşağı qaldırmaq özünə inamsızlıq və utancaqlıqdan xəbər verir.
7. Ovuclarını sirri
Əllərlə əlaqələndirilə bilən bir çox məna var. Bunların arasında ikisi çox önəmlidir. Əgər kiminsə ovucları yuxarı baxırsa, bu o deməkdir ki, o, nəyisə təklif edir və ya xahiş edir. Əgər ovucları aşağı baxırsa, bu, onların nəyisə əmr etməsi və ya tələb etməsi deməkdir.
8. Onların məsafəsinə diqqət yetirin.

Bir insanın sizinlə necə hiss etdiyini, sizə nə qədər yaxın olduqlarını görə bilərsiniz. Yaxınlaşdığınız zaman kimsə geri çəkilirsə, bu, sizi sevmədiyinin əlaməti ola bilər. Bəzən hətta iki insan arasındakı əlaqənin nə olduğunu aralarındakı məsafəyə görə də deyə bilərsiniz.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
