“WhatsApp” istifadəçilərin uzun müddətdir gözlədiyi funksiyanı həyata keçirir. İndi hərəkətli şəkillər bu məşhur mesajlaşma proqramı vasitəsilə problemsiz şəkildə paylaşıla bilər. Dünyanın ən çox istifadə edilən ani mesajlaşma platforması olan WhatsApp, Android-in beta versiyasında aşkar etdiyi "2.25.8.12" kodlu yeni xüsusiyyəti ilə istifadəçilərini sevindirməyə hazırlaşır. Bu xüsusiyyət sayəsində “Apple”, “Samsung” və “Google” kimi texnologiya nəhənglərinin dəstəklədiyi animasiya şəkilləri “WhatsApp” vasitəsilə orijinal keyfiyyətində göndərilə bilir. Məlum olduğu kimi, hərəkətli fotoşəkillərdə onların çəkildiyi anın qısa video qeydi də var. Lakin bu fotolar WhatsApp vasitəsilə göndərilərkən hərəkət funksiyası itib.
Bu yeni funksiya bu problemi aradan qaldıracaq və hərəkətli fotoların canlılığını qoruyub saxlamasını təmin edəcək. Meta hələ inkişaf mərhələsində olan bu xüsusiyyətlə bağlı rəsmi açıqlama verməyib. Buna görə də, funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı barədə dəqiq məlumat yoxdur. Lakin bu funksiya geniş istifadə olunmadığı üçün yaxın gələcəkdə istifadəyə veriləcəyi gözlənilir.
Mənbə:Ensonhaber
Tərcümə etdi:Əlisahib İbrahimli
