2026 FIFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində Braziliyaya 4:1 hesabı ilə qalib gələn Argentina 2026 FIFA Dünya Çempionatına vəsiqə qazanıb.
Cənubi Amerika Kvalifikasiyalarının lideri Argentina ev sahibi Braziliyaya qalib gələrək xalını 31-ə yüksəldib və Cənubi Amerikadan 2026-cı il FIFA Dünya Çempionatında iştiraka zəmanət verən ilk ölkə olub. Braziliya isə 21 xalla 4-cü yerdədir.
Argentinalı Lionel Messi və braziliyalı Neymar zədəli olduqları üçün matçda iştirak edə bilməyiblər.
ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi 2026 FIFA Dünya Kubokunun açılış matçı 11 iyun 2026-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərindəki 83 min tamaşaçı tutumlu Azteca Stadionunda oynanılacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
