Bu gün:

Hüseyn Yücəldən Beşiktaşa təklif


Beşiktaşın keçmiş prezidenti Hüseyn Yücəl TFF-nin Qalatasaray derbisinə Yasin Kolu təyin etməsinə sərt reaksiya verib. O, Beşiktaşın derbiyə çıxmamasını təklif edib.

Beşiktaşın Qalatasaray derbisi üçün xarici baş hakim tələbi TFF tərəfindən qəbul edilməyib. Mərkəzi Hakimlər Komitəsi (MHK) Beşiktaş-Qalatasaray derbisini Yasin Kolun idarə edəcəyini açıqlayıb. Bu qərardan sonra klubun keçmiş prezidenti Hüseyn Yücəl sosial media hesabında Beşiktaşın oyuna çıxmaması ilə bağlı diqqətçəkən təklif irəli sürüb.

Hüseyn Yücəl paylaşımında bunları yazıb:

"122 illik şərəfli çempionluqlarla dolu tarixi olan Beşiktaşımız ədalətsiz yanaşmalarınıza və qərəzli qərarlarınıza alət olmaz. Xarici hakim qərarınız Türkiyə futbolunun tarixinə qara ləkədir. Rəqabəti bərabər şərtlərlə apara bilməyənlərin şikayətləri Türkiyə Futbol Federasiyasının problemi ola bilməz. Federasiya bütün klublara eyni məsafədə dayanmaq məcburiyyətindədir. Oyun başladısa, qaydalar dəyişdirilə bilməz. Biz Beşiktaşıq… Lazım gələrsə, hakimi də məğlub edərik! Ancaq bu gün tərəfsizliyini itirənlər sabah idarə edəcəkləri bir liqa tapmayacaqlar. Ədalət təmin olunmayacaqsa, oynamağa da ehtiyac yoxdur. Sahəyə çıxma, Beşiktaş !"

Mənbə: NTV spor 

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et