Bu gün:

Siqnal mesajlaşma proqramı nədir?


"Siqnal" mesajlaşma proqramı Ağ Evin ABŞ-nin yüksək rütbəli məmurları arasında gizli qrup söhbətləri üçün istifadə edildiyini təsdiqlədikdən sonra xəbər başlıqlarına çevrilib.

“Atlantik” jurnalının baş redaktoru Ceffri Qoldberq Yəməndə husi qruplaşmasına qarşı zərbə planlarının müzakirə edildiyi qrupa təsadüfən əlavə edilib.

Siqnalın yaradıcısı Metyu Rozenfeld (daha çox Moxie Marlinspike adı ilə tanınır) zarafat edərək deyib ki, platformaya qoşulmaq üçün "böyük səbəblər"dən biri də indi "Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin sizi təsadüfən həssas hərbi əməliyyatların müzakirə olunduğu qrup söhbətinə əlavə etməsi" imkanıdır.

Lakin başqaları gülməli tərəfi görmür. Demokratlar Senatının lideri Chuck Schumer bunu tarixin "ən heyrətamiz" hərbi kəşfiyyat sızıntılarından biri adlandırıb və araşdırma aparılmasına çağırıb.

Bəs əslində Siqnal proqramı nədir və yüksək səviyyəli siyasətçilərin onunla ünsiyyəti nə dərəcədə təhlükəsizdir? 

Təhlükəsizlik proqramı Siqnal-ın aylıq 40-70 milyon istifadəçisi var. Bu, müştərilərini milyardlarla sayan ən böyük mesajlaşma xidmətləri olan WhatsApp və Messenger ilə müqayisədə olduqca kiçikdir.

Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et