Genetik test və biotexnologiya şirkəti 23andMe 23 mart 2025-ci ildə ABŞ federal məhkəməsinə müraciət edərək iflas üçün sənəd təqdim edib və potensial alıcı axtarışına başlayıb. Şirkətin baş icraçı direktoru Anne Wojcicki vəzifəsindən istefa edib və müstəqil şəkildə şirkətə təklif verməyi planlaşdırdığını bildirib.

23andMe müştəri məlumatlarının qorunmasına sadiq qaldığını və iflas prosesinin bu siyasəti dəyişdirməyəcəyini açıqlayıb. Bununla belə, şirkətin gələcək sahibi və məlumatların idarə olunması ilə bağlı qeyri-müəyyənliklər müştərilər arasında narahatlığa səbəb olub. Mütəxəssislər genetik məlumatların yeni sahiblərə ötürülməsi ehtimalına diqqət çəkərək istifadəçilərə öz məlumatlarını silməyi tövsiyə edib.
Mənbə: ABC News
Tərcümə etdi: Səidə Abasova
