Bu gün:

Sosial qəbul və intellekt: Həyatda uğurun yarım sirri


İnsan elə düşünə bilər ki, intellekt sabit bir dəyərdir, gənc yaşda formalaşır və daha sonra dəyişməz qalır. Lakin tədqiqatlar bunun yanlış olduğunu göstərir. Vəziyyətlərə yanaşma tərzi və beyni qidalandırmaq üçün etdiyimiz şeylər zehni potensialımızı əhəmiyyətli dərəcədə inkişaf etdirə bilər. Hətta məlum olub ki, intellekt insanın həyatda necə uğur qazandığını cəmi 20% izah edir; digər 80%-i isə emosional intellektlə (EQ) bağlıdır. EQ o qədər vacib bir bacarıqdır ki, iş yerində ən yaxşı nəticə göstərən insanların 90%-i yüksək EQ-yə malikdir. Eyni zamanda, yüksək EQ-yə sahib insanlar aşağı EQ-yə malik olanlardan illik 28,000 dollar daha çox qazanırlar.

Emosional intellektin əsas xüsusiyyəti özünü dərk etməkdir. Bu yalnız özünü tanımaq deyil, həm də başqalarının səni necə qəbul etdiyini anlamaq deməkdir. Yüksək emosional intellektə malik insanlar təsir bacarıqlarının ustalarıdır—onlar vəziyyətə uyğun davranışlarını dəyişdirməkdə mahirdirlər.

Genetikanı dəyişə bilməsəniz də, daha ağıllı görünməyə kömək edən elmi cəhətdən sübut olunmuş strategiyalar mövcuddur. Bəzi bu cür üsullar təsadüfi görünsə də, araşdırmalar onların böyük fərq yaratdığını göstərir.

1) Özünə inan

Özünəinam intellekti nümayiş etdirməyin ən güclü yollarından biridir. İnsan özünə inandıqda bu başqalarına da görünür. Araşdırmalar göstərir ki, özünəinam zehni tapşırıqlardakı performansını yaxşılaşdırır. Digər tərəfdən, özündən şübhələnmək performansa mənfi təsir edir. Daha da pisi odur ki, insanlar bu şübhəni hiss edirlər və səni daha az ağıllı kimi qəbul edirlər. 

2) Sadə yaz

Çətin və uzun sözlərdən istifadə etməyə ehtiyac yoxdur. Üstəlik, hər zaman səhv etmə ehtimalı var. 

3) Qrafiklərdən istifadə

Qrafiklərdən istifadə etmək insanlarda etibarlılıq hissini artırır. Araşdırmalar göstərir ki, məlumat qrafiklə təqdim olunduqda insanlar onu daha inandırıcı hesab edirlər.

Mənbə: Linkedin

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et