24media.az-ın budəfəki müsahibi səyahət blogeri Ağa Kərimovdur. O, yaz və yay aylarında büdcəyə uyğun səyahət edilə biləcək ölkələrdən danışıb.

Yaz-yay aylarında büdcəyə uyğun səyahət üçün hansı ölkələr daha əlverişlidir?
Yaz və yay aylarında büdcə dostu olan bir neçə ölkə mövcuddur. Lakin səfər etməzdən bir neçə ay öncədən biletləri əldə etmək daha məqsədəuyğun olar.
Nəzərdə tutulan ölkələr bunlardır:
Avropa istiqamətində WizzAir hava yolu şirkətinin sərfəli qiymətlərlə təqdim etdiyi biletlərlə İtaliya və ya Macarıstana səyahət bilərsiniz.
Asiya istiqamətində İndiGo hava yolu ilə Tayland, Hindistan və ya Vyetnama səyahət etmək olar.
Möhtəşəm kampaniyaları ilə fərqlənən Azərbaycana məxsus AZAL aviaşirkəti ilə bütün ölkələrə birbaşa uçuş edə bilərsiniz.

Qeyd etdiyim ölkələrin səyahət zamanı təqdim etdiyi üstünlüklər bir-birindən çox fərqlənir. Avropa istiqamətinə səfər etmək istəyənlər adətən ölkənin keçmişi, tarixi abidələri və bunun kimi indiyədək qorunub saxlanılan, ölkəyə xas olan nadir tapıntıları görmək məqsədi ilə səyahət edirlər.
Lakin Asiya ölkələrinə səfər etmək istəyənlərin axtardığı isə ekzotikadır. Yalnız Asiyaya səyahət edənlər bu ölkələrin üstünlüyünün nə olduğunun tam fərqində ola bilərlər.
Həvva Cəbrayılova
