
İtaliyanın böyük siyasətçisi idmançıların hüquqlarının bərpa olunmasının tərəfdarı olduğunu bildirib.
Rusların qarşıdan gələn Qış Olimpiya Oyunlarında iştirakı hələ də dumanla örtülmüşdür. Milanda və Kortina d'Ampezzoda keçiriləcək Oyunlara bir ildən az qalmış, yalnız fiqurlu konkisürənlər, şort-trekçilər, sürətli konkisürənlər (hamısı bir beynəlxalq federasiyaya bağlı olan) və xizək alpinistləri çox azaldılmış heyətdə vəsiqə qazanmaq hüququna malikdirlər. Məsələn, xizəkçilərə və bobsledderlərə icazə verilməsi barədə danışılır, amma vaxt daralır. Neytral statusda çıxış etməyin mümkünlüyünü qeyd etməyə belə ehtiyac yoxdur. Hazırda Rus rəmzlərinin nümayişi real deyil.
Lakin Beynəlxalq Olimpiya Komitəsində hakimiyyətin dəyişməsi və Rusiyanın aparıcı idman strukturları ilə əlaqələrinin getdikcə yaxşılaşması hələ də 2026-cı il Olimpiadasında daha möhkəm təmsil olunacağına ümid yaradır. Üstəlik, İtaliya rəhbərliyi birdən-birə Rusiya idmançılarını qəbul etmək istəyini açıqlayıb.
Bu yaxınlarda İtaliyanın baş nazirinin müavini Matteo Salvini Kortina d'Ampezzoya bobsley, skeleton üzrə Olimpiya trekinin açılışına gəlmişdi. Orada siyasətçi Olimpiya oyunlarının birləşdirici rolu haqqında yüksək səslə çıxışlar edib. Amma o, Rusiyaya xüsusi diqqət yetirib. Üstəlik, italyan,milli komandalar üçün bayraq qadağasının səhv olduğunu etiraf edib!
Mənbə: Sportbox
Tərcümə etdi: Fatimə Umarbəy
