Bu gün:

Kamera nə zaman icad edilib?


Müasir dünyada kamera həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün hər kəsin cibində fotoaparat olsa da, bu ixtiranın tarixi uzun müddət əvvələ gedib çıxır.

İlk kameranın yaradılması

Kameranın tarixi qədim dövrlərə dayanır. Camera Obscura və ya “qaranlıq qutu” prinsipi eramızdan əvvəl Çin filosofu Mozi və ərəb alimi İbn əl-Heysəm tərəfindən kəşf edilib. Bu sistem yalnız görüntünü proyeksiya etməyə imkan verirdi, lakin daimi fotoşəkil çəkmək mümkün deyildi. 


İlk daimi fotoşəkil nə vaxt çəkilib?  

Müasir fotoqrafiya 1825-ci ildə Joseph Nicéphore Niépce tərəfindən icad edilib. O, işığa həssas səthdən istifadə edərək dünyanın ilk daimi fotoşəkilini çəkməyə nail olub. Bu görüntünü əldə etmək üçün səkkiz saatlıq uzun ekspozisiya tələb olunub. Hazırda həmin fotoşəkil Texas Universitetinin kolleksiyasında saxlanılır.


Kamera texnologiyası təkcə fotoqrafiya ilə məhdudlaşmır. 1910-cu illərdən 1930-cu illərə qədər ilk video kameralar eksperimental yayımlar üçün istifadə olunmağa başlayıb. 20-ci əsrin ikinci yarısında televiziyanın yayılması videokameraların da sürətlə inkişafına təkan verib.


1990-cı illərdə rəqəmsal kameraların geniş yayılması kinokameraları arxa plana keçirib. Bu gün isə smartfonlardakı yüksək keyfiyyətli rəqəmsal kameralar sayəsində fotoqrafiya hər kəs üçün daha əlçatan olub.


Kameranın bu günü və gələcəyi 

Kameranın ixtirası vizual yaddaşımızı qeydə alma tərzimizi köklü şəkildə dəyişib. Niepcenin ilk fotoşəklindən başlayaraq bu günə qədər süni intellektlə dəstəklənən görüntü emal texnologiyalarına qədər kamera, bəşəriyyətin vizual ifadəsində ən böyük yeniliklərdən biri olub.


Bu gün kameralar təkcə xatirələri çəkmək üçün deyil, həm də incəsənət, elm, təhlükəsizlik və hətta kosmos tədqiqatları kimi bir çox sahədə geniş istifadə olunur.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et