Bu gün:

Avropadan böyük transfer iddiası


Yay transfer dönəmində Avropa futbolunda böyük bir hərəkət olacaq kimi görünür. "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacaq Trent-Aleksander Arnoldun "Real"la anlaşdığı iddia edilib.

İngiltərə yığmasının baş məşqçisi Arne Slot futbolçusunu komandada qalmağa razı salmağa çalışsa da, Arnoldun ayrılmaq qərarının qəti olduğu və İspaniya yığması ilə əl sıxışdığı bildirilib. Liverpool infrastrukturunda məşq edən Trent-Alexander Arnold A komandasında 349 rəsmi oyuna çıxıb və 22 qol vurub, 88 məhsuldar ötürmə edib.

Digər tərəfdən Arnoldun Real Madridə transferi ilə paralel olaraq daha bir diqqətçəkən iddia gündəmə gəlib. Bildirilib ki, 26 yaşlı sağ cinah müdafiəçisi gedərsə, “Liverpul” bu boşluğu Ceremi Frimponqla doldurmağı planlaşdırır. Həmçinin qeyd olunub ki, “qırmızılar” Leverkuzendə çıxış edən hollandiyalı futbolçunun transferi üçün təxminən 120 milyon avro qurban verib. Frimponq 2021-ci ilin yayında "Seltik"dən 11 milyon avroya Almaniya komandasına transfer olunub. Uğurlu futbolçu Leverkuzendə 182 oyun keçirib və komandasına 29 qol və 40 məhsuldar ötürmə verib.

Mənbə: Trt Spor
Tərcümə etdi: Əlisahib İbrahimli

Paylaş
Şərh əlavə et