Samsunspor klubunun prezidenti Yüksel Yıldırım mətbuatda yayılan Marko Verratti xəbərləri ilə bağlı rəsmi açıqlama verib. Bildirilib ki, Samsunsporun transfer qadağası aradan qaldırılıb və Qara dəniz təmsilçisi yeni mövsümdə heyətini gücləndirə biləcək.

Mətbuatda İtaliyalı ulduz Marko Verrattinin gələn mövsüm Samsunspor forması geyinəcəyi iddia edilib. Klub prezidenti Yüksel Yıldırım isə Ajansspora açıqlama verərək xəbərləri təkzib edib.
O bildirib: "Biz hələ yarışın içindəyik və mövsümün sonuna qədər bu haqda düşünmürük. Sonra oyunçu ilə danışacağıq. Onun 2 illik müqaviləsini 4 ilə uzatmaq istəyirik. Avropada yaxşı çıxış etsə, dəyəri ikiqat arta bilər. Amma Avropaya gedə bilməsək, təbii ki, fərqli seçimləri nəzərdən keçirəcəyik. Hər il 2-3 oyunçumuzu satmalıyıq ki, öz ayaqlarımız üstündə dura bilək. TFF-dən gələn televiziya gəliri, sponsorluq və bilet satışı kifayət etmir. Əks halda, xərcləmə limitimiz çox aşağı olacaq ki, bu da arzulamadığımız bir vəziyyətdir. Maliyyə baxımından güclü olmalıyıq".
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
